
Azərbaycan Sayokan Döyüş Növləri mərkəzi baş katibi Emin Mirzəməmmədov Mərkəzin Prezidenti Vasif Namazova Raport verdi. Yarış açıq elan ediləndən sonra dövlət himni sədaları altinda Azərbaycan bayragi qaldırıldı. Sonra çıxış üçün söz rəsmi qonaqlara verildi.Çıxışıyla Türk millətinin döyüşkənliyindən, ərdəmliyindən, tarixən qədim türk döyüşçülərindən sitat gətirən Muasir inkişaf ictimai təşkilatının sərd müavini Taryel Fazil oglu sonda idmançılara ugurlar arzulayaraq idmançılara hədiyyə gətirdiyi Ziya Gokalpin Türkçülüyün Əsasları kitabını 1 ci yerləri qazanan idmançılara verməsini Məırkəzin rəhbərliyindən xahiş etdi. Sonra Soz Kincutsu Klubunun Prezidenti Sevindik Mehdiyevə verildi. Sevindik Mehdiyev Sayokan döyüş növünün 3 ay ərzində Azərbaycanda tez bir zamanda idmançılar arasında maraq çərçivəsində olmasından təəcübləndiyini və bu döyüş növunun ölkə daxilində populyarlaşmasının səbəbini Azərbaycan Sayokan Döyüş Növləri mərkəzinin kollektivinin dayanmadan yüksək səviyyədə fəaliyyətindən söz açaraq Vasif Namazovun əziyyətini xsusi vurguladı.
Sonda söz Azərbaycan Sayokan Döyüş Növləri mərkəzinin Prezidenti Vasif Namazova verildi.Vasif Namazov ik olaraq Sayokan Döyüş Növünün bir Türk döyüş Növü olmasından və bu döyüş növünün Yabgu Nihat Yıgıt tərəfindən yaradıldıgını, nəinki türklər arasında bütün dünyada çox populyar olmasından bəhs etdi. Daha sonra Vasif bey Sayokan Türk Döyüş sənətinin Türklərin hərbi döyüş sistemi kimi ordudada öz əksini tapdıgını söylədi. Sonda Vasif Namazov Bu döyüş sənətinin inkişafında Azərbaycan Sayokan Döyüş Növləri mərkəzinə yaxından köməklik edən Anna Məmmədovaya, Taryel Fazilogluna, Elnur Eltürkə, Pervanə Süxendaniyə, Aqil Acalova, Mütəllim Dəmirova, bu işdə ona dəstək olan bütün insanlara dərin təşəkkürünü bildirdi. Daha sonra yarışın bədii hissəsi başladı, ilk çixişçı Bakı Sayokan Klubunun idmançısı Heydərli Şahin Skiripkada " Dədə Qorqud " Kinosundan musiqi kompazisiyası ifa etdi.Növbəti çixişı gənc mügənni Laçın Əlizadə Ey Vətən mahnısını oxuyaraq, Xalq mahnısı ifası ilə çıxışını bitirdi.Turnirin bədii hissəsi "Şənlik" rəqs qrupunun rəsqqasları Azərbaycan Milli rəsq havası sədaları altinda sona yetirdi.
Rəsmi və bədii açılış mərasimindən sonra final döyüşlərinə start verildi. Komandalar gərgin sinaq meydanında mubarızə apararaq Sayokan Döyüş Növünün Aypara sistemi üzrə 1 yer Sumqayıt, 1 yer Qubadlı, 3 yer Bakı Suraxanı komandaları, Sayokan Döyüş Növünün tam əlaqəli sistemi üzrə isə 1 yer Bakı "Kentavr" , 2 yer Ucar, 3 yer Beyləqan Komandaları qazanaraq Komanda Kuboklarına sahib oldular. Yarışda Qalib olan İdmançılara Sayokan Döyüş sisteminin tanıtim diskləri, Ziya Gokalpın "Türkçülüyün Əsasları" , Medallar, Kuboklar, Diplomlar ilə təltif olundular.



