29 noyabr 2009 cu il. Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunmuş Sayokan Döyüş sistemi üzrə Respublika Turniri baş tutdu.
29 noyabr 2009 cu il Sumqayıt şəhırində Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunmuş Sayokan Döyüş sistemi üzrə Respublika Turniri yüksək səviyyədə baş tutdu. Turnirə dəvət olunmuş komandalardan Bakının Suraxanı, Ramanı, Əhmədli, rayonları , Sumqayıt, Beyləqan, Qubadlı, Agcəbədi. Fizuli, Ucar, komandaları və digər döyüş növlərindən Kincutsu, Jiujitsu, Şotokan, Şotokay, Şahdag klubları iştirak etdi. Komandalar Sayokan döyüş sisteminin A-B sistemləri üzrə mübarizə apardılar.
Komanda hesabı üzrə Sayokan döyüş növünün A sistemi üzrə Sumqayıt 1-ci yer, Beyləqan 2 yer, Agcəbəddi 3 yer, Sayokan döyüş növünün B sistemi üzrə isə 1-ci yer Bakı, 2 yer Suraxanı, 3 yer Şahdag komandaları qazandı.
Türnirdə xsusi diqqət çəkən məqam çox sayda dəvət olunmuş rəsmi qonaqlar idi. Turnirin Açılış Mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, Dünya Azərbaycanlıları Kongresinin Fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi,Sumqayıt Şərq Döyüş Növləri Şurasının sədri Rövşən Veysəlov, CKS –in Azərbaycandakı Rəsmi Nümayəndəsi Rəfayıl Məmmədov və s kimi dəyərli qonaqlar iştirak etdi. Turnirin Bədii hissəsində Gənc Mügənni Laçın Əlizadə, Sumqayıt rəqs qrupu, Meyxana Qrupu və eləcədə vətənpərvər mügənni Əlirza Amanbəyli öz ifalarıyla turnirə xsusi rəng qatdılar. Turnirin sonunda isə bütün müəllim kollektiv Partidə iştirak etdi. Partidə 2009 ilin yekunlarına görə yaxşıların yaxşısı naminasiyaları təltif olundu.
Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: « Yarış gözlədiyimiz kimi baş tutdu. Yarış üçün hazırlıq işləri qabaqcadan yüksək səviyyədə qurulmuşdu. Bütün kollektivdən razıyam. Hamı öz işinin öhdəsindən layiqincə gəldi. Yarışda iştirak edən bütün komandalara və onların rəhbərlərinə dərin təşəkkürümü bildirirəm.»
Qeyd edək ki, Turniri Mərkəzin Prezidenti Vasif Namazov, Vitse-prezident Rəfayıl Əliyev, Vitse-prezident Allahverdi Zamanov, Texniki Direktor Kamil Usubov, Baş Katib Emin Mirzəməmmədov, Sumqayıt Sayokan Prezidenti Asiman Abdurrəhmanov və "Azər Eyvazov” adına Sayokan idman Klubunun Prezidenti Arzu Eyvazova tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.
Sayokan Mətbuat Xidməti – Eyyub Kamaloglu
Mob.: +994 55 789 77 16
Tel.: +994 18 644 10 43
Bu e-Posta adresi istek dışı postalardan korunmaktadır, görüntülüyebilmek için JavaScript etkinleştirilmelidir



